İtaliya Superkubokunun sahibi müəyyənləşdi

XƏBƏR 6 Avqust 2011 / 19:35 1802
-  A +

İtaliya Superkubokunun yeni sahibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, iki əzəli rəqib - "Milan" və "İnter" klubları Superkubok uğrunda yarışıblar.

Çində keçirilən oyunda hesabı "İnter" açıb. Matçın 22-ci dəqiqəsində Uesli Sneyder fərqlənib. Lakin ikinci hissədə Zlatan İbrahimoviç hesaba tarazlıq gətirib.

Matçın 69-cu dəqiqəsində "Milan" futbolçuları daha bir dəfə fərqlənib. Boatenq fərqlənərək komandasına Superkuboku qazandırıb - 2:1. 


Son xəbərlər