İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske avqustun 10-da İtaliya yığması ilə keçirəcəkləri yoldaşlıq görüşünə 22 futbolçu çağırıb.
Qol.Az-ın məlumatına görə, dəvətlilərin 8-i Çempionlar Liqasının son qalibi “Barselona”nın üzvüdür. Onlardan 1-i Tiaqo Alkantaradır. Alkantaru “Barsa”nın heyətində az-az meydançaya çıxır. O, həm də Braziliya vətəndaşıdır.
Mətbuatda Braziliya millisinə dəvət alacağı yazılsa da, 20 yaşlı yarımmüdafiəçi oynadığı ölkənin əsas komandasını seçib.
Əvəzində İngiltərə “Arsenal”ından Sesk Fabreqas və “Barselona”dan Karles Puyol zədə ilə əlaqədar milliyə çağırılmayıblar. Son dünya çempionlarının heyətinə dəvətlilər sırasında “Real Madrid”in 5, “Atletik”in 5 oyunçusu da var:
Qapıçılar: İker Kasilyas (“Real” Madrid), Viktor Valdes (“Barselona”), Xose Reyna (“Liverpul”, İngiltərə)
Müdafiəçilər: Serxio Ramos, Alvaro Arbeloa, Raul Albiol (hamısı “Real Madrid”), Andoni İraola (“Atletik”), Xerard Pike (“Barselona”)
Yarımmüdafiəçilər: Serxio Buskets, Andres İnyesta, Xavi, Tiaqo Alkantara (hamısı “Barselona”), Xabi Alonso (“Real Madrid”), Xavi Martines (“Atletik”), Santi Kasorla (“Malaqa”), David Silva (“Mançester Siti”, İngiltərə)
Hücumçular: David Vilya, Pedro (hər ikisi “Barselona”), Fernando Lyorente (“Atletik”), Fernando Torres (“Çelsi”, İngiltərə), Alvaro Neqredo ("Sevilya”), Xuan Mata (“Valensiya”).
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı