"Bakı" 20-ci Azərbaycan çempionatının start turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, oyun sabah Qəbələ şəhər stadionunda baş tutacaq.
Rəqiblər bu günə qədər 16 dəfə qarşı-qarşıya gəliblər. Bu oyunlardan dördü kubok, on ikisi isə çempionat oyunlarına təsadüf edir.
"Bakı"nın bu oyunlarda böyük üstünlüyü diqqət çəkir. Belə ki, paxtaxt klubu "Qəbələ"ya qarşı keçirdiyi oyunların 11-də meydanı qalibiyyətlə tərk edib.
Maraqlıdır ki, "Bakı" qalib gəldiyi oyunların yalnız birində qapısında qol görüb (2:1). Komandaların qarşılaşmalarında ən populyar hesab 1:0-dır. 6 oyun bu nəticə ilə başa çatıb.
Rəqiblərin ilk görüşləri 2006-2007-cı il mövsümündə baş tutub. Hər iki oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb 1:0 və 1:0. Həmin mövsümdə kubok yarışları da komandaları qarşı-qarşıya gətirib. Yenə də "Bakı" üstün olub: 2:0 və 1:0.
2007-2008-ci il mövsümündə "Qəbələ" revanş götürməyə nail olub. Bu eyni zamanda öz meydanında "Bakı"ya 2:0 hesabı ilə qalib gələn Qəbələ klubunun yeganə qalibiyyətidir. Mövsümün ikinci dövrə oyununda "Bakı" bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb 3:0.
2008-2009-cu il sezonunda komandalar kubok yarışlarının 1/4 final mərhələsində üz-üzə gəliblər. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb, 11 metrlik cərimə zərbələri ilə qalib gələn "Qəbələ" trofey uğrunda mübarizəni davam etdirib.
Həmin mövsümün hər iki oyunu da "Bakı"nın uğurları ilə yadda qalıb. "Bakı" evdə 3:0, səfərdə isə 1:0 hesabı ilə qalib gəlib.
2010-11-ci illər mövsümündə komandalar 4 dəfə qarşı-qarşıya gəliblər. Çempionatın ilkin mərhələsində "Bakı" həm ev, həm də səfər oyununu 2:0 hesablı qələbə ilə başa vurub. Pley-of mərhələsində isə üstünlük "Qəbələ"nin tərəfində olub. Bakıda 1:1 hesablı sülh qeydə alınıb, Qəbələdə oynanılan cavab qarşılaşması isə meydan sahiblərinin 1:0 hesablı qalibiyyəti ilə tarixə düşüb.
Son mövsümə gəkdidə isə evdə qələbə qazanan “Bakı” (2:0), səfər oyununu da qalibiyyətlə başa vurub (1:0). Beləliklə, indiyədək keçirilən 16 qarşılaşmanın 11-də "Bakı", 2-də isə "Qəbələ" qalib gəlib, 3 oyun heç-heçə tamamlanıb.
Vurulan və buraxılan topların fərqi "Bakı"nın xeyrinədir: 22:7Rəqiblərin bütün oyunları:ç 29.10.2006 Qəbələ 0:1 Bakı
kb 21.11.2006 Bakı 2:0 Qəbələ
kb 02.12.2006 Bakı 1:0 Qəbələ
çm 18.04.2007 Qəbələ 0:1 Bakı
çm 19.08.2007 Qəbələ 2:0 Bakı
çm 24.02.2008 Bakı 3:0 Qəbələ
kb 06.03.2008 Bakı 1:1 Qəbələ
kb 20.03.2008 Qəbələ (p 5:4 ) 1:1 Bakı
çm 09.11.2008 Bakı 3:0 Qəbələ
çm 26.04.2009 Qəbələ 0:1 Bakı
çm 31.10.2009 Qəbələ 0:2 Bakı
çm 13.02.2010 Bakı 2:0 Qəbələ
çm 28.03.2010 Bakı 1:1 Qəbələ
çm 01.05.2010 Qəbələ 1:0 Bakı
çm 22.08.2010 Bakı 2:1 Qəbələ
çm 23.12.2010 Qəbələ 0:1 Bakı
"Bayer"in futbolçusu "Liverpul"la anlaşdı
"Turan Tovuz" "Sumqayıt"a belə qalib gəldi - Video
Zirədə 2 qol vuruldu - Video
"Neftçi" sabahkı matça 5 itki ilə çıxacaq
"Araz-Naxçıvan"ın qələbəsindən - Video
Vurğun Hüseynov: "Özümü məşqçi hesab etmirəm"
"Bunları rəhbərliklə müzakirə etməliyik" - Elmar Baxşıyev
Ayxan Abbasov: “Əgər "Şamaxı"da qalsam…”
Rəşad Sadıqov “Sabah”la oyundan danışdı
Benzia Tunis çempionu ilə danışıqlar aparır
Berezutski oyundan razı, nəticədən narazıdır
“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını təmin etdi
Qvardiola: "İngiltərə kuboku əhəmiyyətli deyil"
"Liverpul"da yeni müqavilə - Rəsmi
"Santos"un Neymar qərarı
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər
"Zirə" - "Sabah": Heyətlər
Sumqayıtda heyətlər açıqlandı
Ronaldo yeni klub alır
"Real"dan yeni transfer - Rəsmi
Güləşçilərimizdən gümüş və bürünc medallar
"Bavariya"nın təklifini rədd etdi
"Real"ın əsas transfer hədəfi bilindi
"Betis" onu birdəfəlik almaq istəyir
“Sabah”ın büdcəsi açıqlandı