"Qəbələ"nin yeni transfer Serbiya yığmasına çağırıldı

"Qəbələ"nin yeni transfer Serbiya yığmasına çağırıldı
XƏBƏR 6 Avqust 2011 / 11:37 1857
-  A +

"Qəbələ" klubunun yeni transfer etdiyi yarımmüdafiəçisi Veselko Trivunoviç Serbiya yığmasına dəvət alıb.

Qol.Az-ın məlumatına görə, Trivunoviç Serbiya millisinin avqustun 10-da Rusiya ilə keçirəcəyi yoldaşlıq görüşü üçün yığmanın heyətinə cəlb olunub.

Serbiya millisinin baş məşqçisi Vladimir Petroviç bu qarşılaşmada Nemanya Vidiç (“Mançester Yunayted”), Miloş Krasiç (“Yuventus”), Deyan Stankoviç (“İnter”) kimi ulduzlarla yanaşı “Qəbələ”nin yarımmüdafiəçisini də komandanın heyətində görmək istəyir.

 

 

Daha çox


Son xəbərlər