"Mançester Yunayted" klubunun kapitanı Nemani Vidiçin "Yuventus"a transfer olunacağı haqda yayılan xəbərlər öz təsdiqini tapmayıb.
Qol.Az-ın məlumatına görə, serbiyalı futbolçunun menecerinin ortağı olan Paolo Fabri də bu xəbəri təkzib edib: "Vidiçin "Yuventus"a gedəcəyi haqda eşidəndə çox təəccübləndim. Çünki belə bir şey mümkün deyil.
Doğrudur, ötən mövsüm Turin təmsilçisi Vidiçlə maraqlanırdı. Lakin futbolçu "Mançester Yunayted"lə müqaviləsini uzadaraq komandada qalmağı lazım bildi. O, "Mançester Yunayted"in kapitanıdır və "Yuventus"a getmək fikri yoxdur".
Qeyd edək ki, Vidiç 2006cı ildə Moskva "Spartak"ından 10 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunmuşdu.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı