Suares imzaladı, növbədə Şimarkovdur

Suares imzaladı, növbədə Şimarkovdur
XƏBƏR 5 Avqust 2011 / 18:33 2216
-  A +

Zaqatalanın “Simurq” klubu baxışda olan futbolçunu heyətinə qatıb. Braziliyalı hücumçu Junivan Suares əyalət təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

Bu barədə Qol.Az-a açıqlamasında komandanın icraçı direktoru Vaqif Əliyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, hazırda baxışda Yevgeni Şimarkov adlı daha bir futbolçu  var və onun komandada qalıb-qalmayacağına sabah aydınlıq gələcək. Ampulaca yarımmüdafiəçi olan oyunçu Belorusiyadandır.

Qeyd edək ki, “Simurq” bu yaxınlarda “İnter”dən Daniel Genovu da icarəyə götürüb. Gürcüstanlı hücumçu mövsümün sonuna qədər Zaqatala klubunun şərəfini qoruyacaq.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır