“Qarabağ” “Brügge”li oyunçuların milliyə yolunu açdı

“Qarabağ” “Brügge”li oyunçuların milliyə yolunu açdı
XƏBƏR 5 Avqust 2011 / 17:57 2012
-  A +

Avroliqanın üçüncü təsnifat mərhələsində “Qarabağ”la oyun “Brügge”li futbolçuların milliyə yolunu açıb. Qol.Az-ın məlumatına görə, Belçika klubunun 8 oyunçusu ölkələrinin yığmasına dəvət alıb.

Rəqibin heyətində Vadis Ocidca, Byörn Vleminks Belçika millisinə, Niki Zimlinq Danimarka, Lior Rafaelov isə İsrail yığmasına çağırılıb.

Bu futbolçulardan başqa, Brüj təmsilçisinin daha dörd üzvü – Kolin Kusemans, Tsibaut Van Aker, Yans Vanstinkiste və Maksim Lestien Belçikanın aşağı yaş qrupları üzrə milli komandalarına dəvət alıblar.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır