“Arsenal”dan növbəti “yox” cavabı

“Arsenal”dan növbəti “yox” cavabı
XƏBƏR 5 Avqust 2011 / 16:01 1811
-  A +

“Arsenal”ın ispaniyalı yarımmüdafiəçisi Sesk Fabreqasın “Barselona”ya keçidi daha nir müddət ləngiyəcək. Qol.Az-ın məlumatına görə, London klubu aparıcı oyunçusunu kataloniyalılara satmaqdan imtina edib.

Qərar bu gün baş tutan klubdaxili iclasdan sonra qəbul olunub. Fabreqasın transfer məsələsi ilə bağlı bir araya gələn “Arsenal” rəsmiləri qarşı tərəfin 38 milyon avroluq təklifini geri çevirib.

Qeyd edək ki, “topçular” ulduz futbolçunun keçidi üçün ispanlardan 40 milyon avro tələb edir.

Son xəbərlər