“Hazırlıqlarımız yaxşı keçdi. “Rəvan” yeni mövsümə tam hazırdır”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.
Əsas hədəflərinin ilk “altılığ”a düşmək olduğunu söyləyən çalışdırıcı qarşıya qoyduqları vəzifənin öhdəsindən gələ biləcəklərinə inanır:
“Əsas hədəfimiz ilk “altılığ”a düşmək olacaq. Ora düşəndən sonra isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq. Hədəfimizə nail olacağımıza inanıram. Əsas odur ki, Allah bizi zədə və qırmızı vərəqələrdən qorusun”.
Klubun transfer siyasətindən də danışan gənc mütəxəssis yeni futbolçunun gələcəyini istisna etməyib: “Hazırda heyətlə bağlı elə də ciddi problemimiz yoxdur. Sadəcə müdafiənin sol cinahına oyunçu alınmasını istərdim. Fərrux Rəhimovla müqavilə bağlayıb, heyətimizə qatmaq istəyirdik. Ancaq sonradan məlum oldu ki, “Qarabağ” bu futbolçunu buraxmır. Əsasən yerli futbolçulara güvənəcəyik. Əcnəbi almağa nə var ki. Legioner gətirmək problem deyil. Problem yerli futbolçudur”.
Komandanın hazırlıq prosesini dəyərləndirən Həsənov futbolçuların çıxışından razı qalıb: “Çox güclü rəqiblərlə yoxlama oyunları keçirib, nəyə qadir olduğumuzu yoxladıq. İlk dəfə idi ki, belə komandalarla oynayırdıq. Futbolçuların çıxışı məni tam razı saldı”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı