“Qarabağ” bütün ev oyunlarını Quzanlıda keçirəcək

“Qarabağ” bütün ev oyunlarını Quzanlıda keçirəcək
XƏBƏR 5 Avqust 2011 / 15:10 1950
-  A +

“Qarabağ” klubu sabah başlayacaq Azərbaycanın növbəti futbol mövsümündə bütün ev oyunlarını Ağdamın Quzanlı qəsəbə stadionunda keçirəcək.

Bu haqda Qol.Az-a “Qarabağ”ın direktoru Əmrah Çəlikəl bildirib. O deyib ki, artıq bununla bagli Peşəkar Futbol Liqasına rəsmi məlumat verilib.

Əmrah Çəlikəl bildirib ki, bu qərarlarından sonra “Qarabağ”ın ev oyunları ilə bağlı PFL-də püşkatmanın keçirilməsinə ehtiyac qalmayıb. Komanda ehtiyat meydança kimi Suraxanı qəsəbəsi stadionunu sifariş edib. Onun sözlərinə görə, “Qarabağ” yalnız istisna hallarda, havaların çox sərt keçəcəyi, yəni Quzanlıya gedən yolları buz bağlayacağı və ya meydançanı su basacağı təqdirdə ev oyunlarını Suraxanı stadionunda keçirəcək.

Son xəbərlər