Arsen Venger Nəsrini satmağa bir şərtlə razılaşdı

Arsen Venger Nəsrini satmağa bir şərtlə razılaşdı
XƏBƏR 5 Avqust 2011 / 14:23 1675
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger fransız yarımmüdafiəçisi Samir Nəsrini satmağa razılaşıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis buna bir şərtlə razılıq verib. Venger "Valensiya"nın hücumçusu Xuan Matanın transfer olunacağı təqdirdə Nəsrini buraxa biləcəyini açıqlayıb.

Nəsrini transfer etməyə hazırlaşan "Mançester Siti"nin gənc futbolçu üçün "Arsenal"a 22 milyon avro ödəyəcəyi bildirilir. 

Qeyd edək ki, hər iki futbolçunun taleyinə yaxın günlərdə aydınlıq gələcək.


Son xəbərlər