“Rəvan”da kamerunlu futbolçu

“Rəvan”da kamerunlu futbolçu
XƏBƏR 5 Avqust 2011 / 14:20 1600
-  A +

Yeni mövsümdə ilk “altılığ”a düşməyi hədəfləyən “Rəvan” heyətini daha bir futbolçu ilə gücləndirib. Premyer Liqanın debütantı kamerunlu Bertran Benik Takvi Bonqun transferini gerçəkləşdirib.

Bu barədə Qol.Az-a açıqlamasında komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bonq ampulaca hücumçu olsa da, yarımmüdafiənin cinahında da çıxış etmək qabiliyyətinə malikdir.

Son xəbərlər