Raul: “Kapitan alman futbolçu olmalıdır”

Raul: “Kapitan alman futbolçu olmalıdır”
XƏBƏR 5 Avqust 2011 / 11:05 1676
-  A +

Manuel Noyerin gedişindən sonra “Şalke”də kapitanlıq sarğısını kimin daşıyacağı maraqla gözlənilirdi. Qol.Az-ın məlumatına görə, Gelzenkirxen klubunun futbolçuları öz aralarında razılaşdıqdan sonra kapitanlığı komandanın 34 yaşlı hücumçusu Raul Qonzalesə həvalə etməyə qərar veriblər.

Ancaq təcrübəli forvard komandayoldaşlaının bu təklifini qəbul etməyib. İspan futbolçunun sözlərinə görə, kapitanlıq sarğısını alman oyunçulardan biri daşımalıdır. Uzun müzakirələrdən sonra sarğı komandanın öz yetirməsi olan Benedikt Hövedesə həvalə olunub.

Son xəbərlər