“Barselona”da növbəti ayrılıq

“Barselona”da növbəti ayrılıq
XƏBƏR 5 Avqust 2011 / 10:40 2255
-  A +

Yeni mövsümün satrtına az qalmış daha bir futbolçu “Barselona”nın sıralarını tərk edib. Qol.Az-ın məlumatına görə, Boyan Krkiç (“Roma”), Romeu (“Çelsi”) və Jefren Suaresin ardından komandanın argentinalı müdafiəçisi Qabriel Milito da kataloniyalılarla yollarını ayırıb.

Təcrübəli futbolçu karyerasını vətənində, “İndependyente” klubunda davam etdirəcək. Bu komanda Militoya heç də yad deyil. Çünki müdafiəçi 1997-2003-cü illər mövsümündə məhz “İndependyente”də çıxış edib.

Qeyd edək ki, futbolçu “Barsa” ilə daha bir illik müqaviləsi var idi. Ancaq klub rəhbərliyi ilə qarşılıqlı razılıqdan sonra kataloniyalılar Militonun getməsinə icazə veriblər.

Son xəbərlər