"Brügge"nin kapitanı: "Qarabağ"a qarşı oynamaq çox çətin idi"

XƏBƏR 5 Avqust 2011 / 01:36 2248
-  A +

“Brugge” klubunun kapitanı Rayan Donk Avropa Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Donk "Qarabağ"a qarşı oyunun çətin keçdiyini bildirib:

"Qarabağ" cavab görüşündə çox yaxşı oynadı. Rəqibin əks-hücumları və uzun ötürmələri də çox təhlükəli alınırdı. Qazon da çox quru idi ki, bu da sürətli oynamağa mane olurdu.

Bizim də bir neçə şansımız olsa da, bundan yararlana bilmədik. Ümumilikdə isə "Qarabağ"a qarşı oynamaq çox çətin idi".


Son xəbərlər