"Neftçi"də iki ad günü

"Neftçi"də iki ad günü
XƏBƏR 5 Avqust 2011 / 01:09 1797
-  A +

Ötən gün "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev və futbolçusu Elmar Baxşiyevin ad günü idi. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda rəhbərliyi ənənəyə sadiq qalaraq, onların ad günlərini qeyd edib.

Bu münasibətlə "Neftçi" rəhbərliyinin, məşqçilər korpusu və futbolçularının iştirakı ilə tədbir keçirilib.

Bəxtiyar Musayevlə Elmar Baxşiyevə qiymətli hədiyyələr təqdim olunub. Klub rəhbərliyi onları təbrik edərək, şəxsi həyat və karyeralarında uğurlar arzulayıb.

Son xəbərlər