Məsut Özil Almaniya millisinə çağırılmadı

Məsut Özil Almaniya millisinə çağırılmadı
XƏBƏR 4 Avqust 2011 / 17:42 2555
-  A +

Avro-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasının Braziliya seçməsi ilə yoldaşlıq oyunu öncəsi heyəti açıqlanıb.

Qol.Az-ın məlumatına görə, 20 futbolçuya dəvət göndərən Bundestimin baş məşqçisi Yoahim Löv Məsut Özilin xidmətinə ehtiyac duymayıb. Löv türk əsilli yarımmüdafiəçini braziliyalılarla görüşə çağırmayıb. Əvəzində isə o, “Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğanı heyətə cəlb edib.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Tim Vize (“Verder”)

Müdafiəçilər: Denis Aoqo (“Hamburq”), Holger Badştuber (“Bavariya”), Mats Hummels (“Borussiya”), Filip Laam (“Bavariya”), Kristian Treş (“Volfsburq”), Cerom Boatenq (“Bavariya”), Benedikt Hövedes (“Şalke”)

Yarımmüdafiəçilər: Simon Rolfes (“Bayer”), Sven Bender (“Borussiya”), Mario Getze (“Borussiya”), İlkay Gündoğan (“Borussiya”), Kakau (“Ştutqart”), Toni Kross (“Bavariya”), Tomas Müller (“Bavariya”), Lukas Podolski (“Köln”), Marko Roys (“Borussiya”, Münhenqladbax), Andre Şürrle (“Bayer”), Bastian Şvanştayger (“Bavariya”)

Hücumçular: Mario Qomez (“Bavariya”), Miroslav Kloze (“Latsio”)

Qeyd edək ki, Almaniya və Braziliya kollektivləri arasında görüş avqustun  10-da keçiriləcək.

Son xəbərlər