Makedoniya milli komandası avqustun 10-da Bakıda Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü öncəsi daha bir futbolçusundan məhrum olub.
Qol.Az-ın Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisi Aleksandar Lazevski Serbiyanın “Partizan” klubunun düşərgəsində ikən zədələnib.
Baş məşqçi Boban Babunski ehtiyac olsa, 23 yaşlı oyunçunun əvəzinə milliyə yenisini çağıracaq. Daha öncə “Neftçi”də çıxış edən İqor Mitreski zədə üzündən Makedoniya yığmasına dəvət edilməyib.
Babunski komandanı avqustun 7-də paytaxt Skopyedə bir araya gətirəcək. Həmin gün o, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) mətbuat konfransı keçirəcək, saat 19:00-da isə komandanı “Filipp II” stadionunda axşam məşqinə çıxaracaq. Ertəsi gün makedoniyalılar Skopye – Vyana – Bakı təyyarə reysi ilə paytaxtımıza gələcəklər.
Qeyd edək ki, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçı saat 20:00-da başlanacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı