Belçika yığması və Fransa “Lill”inin aparıcı oyunçularından Eden Hazard qarşıdakı iki görüşdə milli komandasına kömək edə bilməyəcək. Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, belçikalıların baş məşqçisi Jorj Leekens ulduz futbolçunu iki oyunluq cəzalandırıb.
Buna Hazardın Türkiyə millisi ilə Avro-2012-nin qrup mərhələsindəki oyun zamanı etdiyi intizamsızlıq səbəb olub. Gənc yarımmüdafiəçi onu əvəzləyən baş məşqçiyə əsəbləşdiyi üçün stadionu tərk edib. Bir qədər sonra isə o, əlində qamburgerlə geri qayıdıb. Sırf bu məsələyə görə, Hazard çalışdırıcının qəzəbinə tuş gəlib.
Təsadüfü deyil ki, Leekens də mətbuata verdiyi açıqlamasında futbolçunu intizamsızlıqda günahlandırıb: “İnsan gənc olanda, belə səhvlər edə bilər. Ancaq milli komandanın özünəməxsus qaydaları var və bunlara hörmət etmək lazımdır. Hazard qaydalara zidd hərəkətinə görə iki oyunluq yığmadan kənarlaşdırıldı. Haqlı qərar qəbul etdiyimi düşünürəm”.
Belə olan halda 19 yaşlı yarımmüdafiəçi həm Sloveniya ilə yoldaşlıq oyunu, həm də sentyabrda milli komandamızla seçmə mərhələ görüşündə meydana çıxa bilməyəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı