Portuqaliyalı hücumçu: “Azərbaycan yığması hədiyyə deyil”

Portuqaliyalı hücumçu: “Azərbaycan yığması hədiyyə deyil”
XƏBƏR 4 Avqust 2011 / 12:40 2068
-  A +

“Püşkün nəticəsindən razıyam. Məncə, qrupda birinci yeri tutmaq üçün yaxşı şansımız var. Komandamıza inanıram”.

Qol.Az-ın məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Portuqaliya yığmasının hücumçusu Uqu Almeyda deyib.

Avro-2008-in seçmə mərhələsi çərçivəsində millimizə Bakıda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda Portuqaliyanın seçməsinin qollarından birinə imza atan Almeyda yığmamızı favorit hesab etməsə də, komandamızdan çəkindiklərini etiraf edib:

“Azərbaycan yığması dünya və Avropada yerini axtarır. Əlbəttə, onlar favorit deyil, ancaq hədiyyə də deyil. Biz bütün rəqiblərlə oyunlarda çox diqqətli olmalıyıq. Çünki seçmə mərhələdə bütün komandalar maksimum motivasiyalı olacaqlar”.

Son xəbərlər