Azərbaycan millisinin futbolçusu Rizvan Umarov “Valensiya” klubunun düşərgəsində yer alıb.
Qol.Az saytının məlumatına görə, İspaniyanın adlı-sanlı komandası 19 yaşlılardan ibarət yığmamızın (U-19) üzvünü baxışa çağırıb.
“Zenit”in Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi olan 18 yaşlı Rizvan hazırda “Valensiya”nın əsas komandasının bazasında olsa da, əvəzedicilərlə məşq edir.
Futbolçumuz ispaniyalı seleksiyaçıların diqqətini yığmamızda çıxışı zamanı cəlb edib. Umarovun baxışa dəvət edilməsi ilə bağlı qərar onun U-19-un heyətində İspaniyada təlim-məşq toplanışında “Barselona”nın B komandası ilə yoldaşlıq görüşündə uğurlu çıxışından sonra qəbul edilib.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Rizvan ikili – həm Rusiya, həm də Azərbaycanın vətəndaşlığına malikdir. “Zenit” təmsil etdiyi Sankt-Peterburq şəhərinin aparıcı futbol məktəbindən çıxan yetirməsinə müqavilə təklif etməyib. Buna görə də yığmamızın oyunçusu xoşbəxtliyini Valensiyada axtarmağa yollanıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı