Məşq zamanı huşunu itirən futbolçu dünyasını dəyişdi

Məşq zamanı huşunu itirən futbolçu dünyasını dəyişdi
XƏBƏR 4 Avqust 2011 / 12:08 2122
-  A +

Daha bir futbolçu ürəktutmasından vəfat edib. Qol.Az-ın məlumatına görə, Yaponiyanın “Matsumoto Yamaqa” klubunun üzvü Matsuda xəstəxanada dünyasını dəyişib. Bu barədə komandanın prezidenti Hiroşi Otsuki məlumat verib.

Qeyd edək ki, Matsuda iki gün öncəki məşq zamanı huşunu itirərək, yerə yıxılmışdı. İki gündür xəstəxanada koma vəziyyətində olan 34 yaşlı oyunçu bu gün səhər saatlarında keçinib.

Son xəbərlər