Berti Foqts və köməkçiləri “Qarabağ”ın oyununda

Berti Foqts və köməkçiləri “Qarabağ”ın oyununda
XƏBƏR 4 Avqust 2011 / 11:27 1707
-  A +

“Qarabağ"ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Brügge" ilə keçirəcəyi oyunu izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da olacaq. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, alman çalışdırıcı matçı köməkçiləri ilə birgə tribunadan canlı izləyəcək.

Qeyd edək ki, “Qarabağ”la “Brügge” arasında cavab oyunu bu gün Bakı vaxtilə 21:00-da keçiriləcək. İlk görüşdə Ağdam klubu səfərdə rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Son xəbərlər