“Fənərbaxça” “Mançester Yunayted”ə 6 qol vurdu

“Fənərbaxça” “Mançester Yunayted”ə 6 qol vurdu
XƏBƏR 3 Avqust 2011 / 18:32 2832
-  A +

İngiltərənin Mançester şəhərində təşkil olunan “Nike Premyer Cup” turnirində “Fənərbaxça”nın 15 yaşlılardan ibarət komandası “Mançester Yunayted”li həmyaşıdları ilə qarşılaşıblar.

Qol.Az-ın məlumatına görə, matça fəal başlayan türklər rəqibin qapısından 6 top keçirməyə nail olublar. Görüş “Fənərbaxça”nın 6:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-lacivərdlilər”in heyətində İbrahim Sərdar (3), Caner və Əziz Ceylan (2) fərqləniblər.

Qeyd edək ki, “Fənərbaxça” turnirdəki ikinci oyununu bu gün “Hannover”ə qarşı keçirəcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner