Aleksandr Səmədov: “Yığmaya çağırılmağa layiq olduğumu sübut etməliyəm"

Aleksandr Səmədov: “Yığmaya çağırılmağa layiq olduğumu sübut etməliyəm"
XƏBƏR 3 Avqust 2011 / 18:20 2029
-  A +

Rusiya millisi Azərbaycanla oynayacaq. Ancaq bu, məndə hər hansı emosiya oyatmayıb. Bunu bilirəm və özüm üçün qeyd eləmişəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov deyib.

Milliyətcə azərbaycanlı olan 27 yaşlı yarımmüdafiəçi vaxtilə yığmamızın düşərgəsində olsa da, sonradan komandamızda oynamaqdan imtina edib. Səmədov Rusiya yığmasına çağırılmamasına isə belə aydınlıq gətirib:

“Rusiya millisində oynamağı arzulayıram, yoxsa artıq arzulamıram? Özümü millinin formasında təsəvvür edirəmmi? Bu sualları necə cavablandırmağı bilmirəm. Məndən asılı oldu, olmadı, əlbəttə, yığmaya çağırılmağa layiq olduğumu sübut etməliyəm. Ancaq görünür, bunu daha yaxşı etmək lazımdır”.

Son xəbərlər