«Ötən ilin yayında Peşəkar Futbol Liqası yaranarkən Azərbaycanda futbolun inkişafında töhfəmizi vermək istəyirdik. Bunun da əsasını Premyer Liqa və Azərbaycan kuboku oyunlarının sağlam rəqabət şəklində aparılması təşkil edirdi». Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev FİFA referiləri Babək Quliyevlə Anar Niyazovun hakimlikdən kənarlaşdırılması məsələsinə münasibət bildirərkən söyləyib. Qurumun rəsmi saytına müsahibəsində R.Musayev deyib ki, hələ mövsüm başlamazdan əvvəl hakimliklə bağlı bəzi dəyişikliklər ediblər: «AFFA prezidenti Rövnəq Abdullayevin təklifi ilə Premyer Liqa və kubok oyunlarını idarə edən əsas hakimlərin qonorarını 600 manata qaldırdıq. Bununla da hakimləri bir növ qərəzsiz idarəçiliyə çağırdıq. Çempionatın gedişində bəzi referilərin hakim adına yaraşmayan fəaliyyətlə bağlı bizə məlumatlar daxil olurdu. FİFA referiləri Babək Quliyevlə Anar Niyazov da bu məlumatlara görə hakimlikdən uzaqlaşdırılıblar».
R.Musayev bildirib ki, bu məsələdə söhbət adları çəkilən iki hakimdən başqa həm də 3-4 komandada çalışan bəzi insanlardan da gedir: «Hazırda araşdırmalarımız davam edir. Bir məsələ dəqiqdir. Anar Niyazov və Babək Quliyevin Azərbaycan hakimliyində yeri yoxdur. İndidən əminliklə deyə bilərəm ki, onlar yaxın 3 il ərzində hakimlik etməyəcəklər. Araşdırmalar isə başqa adlarla bağlı davam edir. Söhbət bayaq dediyim klub rəsmilərindən gedir. Əsas məqsədimiz Azərbaycan futbolunda çirkinliyə yol verməməkdir».
R.Musayev sonuncu hakim qalana qədər mübarizə aparacaqlarını deyib:«Lazım olsa, çempionatın qalan oyunlarının hamısına əcnəbi hakimlər gətirərik. Təki oyunlar obyektiv keçirilsin. Adicə statistikaya nəzər yetirsək gürərik ki, bu qış fasiləsində klublar heyətlərinə 21 legioner cəlb ediblər. Futbola böyük sərmayə yatırıblar. Onların əziyyətini yerə vurmaq olmaz».
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu