FİFA prezidenti Yozef Blatter çimərlik futbolunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının proqramına salınması istiqamətində lobbiçilik fəaliyyətinə hazırdır.
Qol.Az-ın məlumatına görə, bu haqda Blatterin özü “Globo” media-holdinqinə müsahibəsində bildirib. Ayrıca idman növü kimi olimpiada proqramına düşmək üçün müvafiq Yay Olimpiya Oyunlarına ən azı 7 il qalmış Beynəlxalq Olimpiya Komitəsi (İOC) Konqresinin dəstəyini almaq lazımdır.
Lakin Blatter belə imkanın 2016-cı il olimpiadası zamanı da mümkünlüyünü söyləyib. FİFA prezidentinin fikrincə, bu, futbolun müxtəlifnövlülüyü fonunda baş tuta bilər. O, 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında bu məsələ ilə bağlı səsvermədən müsbət nəticə gözlədiyini vurğulayıb.
FİFA prezidentinin təşəbbüsünə dəstək olaraq, 2016-cı il olimpiadasının Təşkilat Komitəsinin və Braziliya Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Karlos Nuzman çıxış edib. O bildirib ki, bütün futbol azarkeşləri belə qərardan məmnun olacaqlar, çimərlik futbolu isə Rio-de-Janeyro olimpiadasında əsas diqqətçəkən məqam olacaq.
Qeyd edək ki, çimərlik futbolunun Yay Olimpiya Oyunları proqramına salınması üçün şərtlərdən biri futbolun bu növünü kişilər arasında dünyanın 4 qitəsində ən azı 75 ölkəyə, qadınlar arasında 3 qitədə ən azı 40 ölkəyə yaymağa dair İOC-un mütləq tələbidir.
Bu isə o deməkdir ki, Buenos-Ayres sessiyasınadək qalan 2 ildə FİFA qadınlar arasında da müvafiq yarış keçirməlidir. Çimərlik futbolunun indiki inkişaf dinamikasında bu məsələnin həlli tam real görünür.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı