"Milan" klubunun gənc hücumçusu Aleşandro Pato komandasını tərk etmək niyyətində olmadığını bildirib.
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu ən azı müqaviləsinin sonuna qədər "Milan"da qalacağını açıqlayıb:
"Milan"la 2014-cü ilə qədər müqaviləm var. Ona görə də, hələ ki, bu komandanı tərk etmək niyyətim yoxdur. Burada özümü yaxşı hiss edirəm. Müqaviləm bitəndən sonra isə baş verəcəkləri hər kəs görəcək".
2007-ci ildən Braziliyanın "İnternasional" klubundan transfer edilən Pato ilə İngiltərənin "Çelsi" komandası yaxından maraqlanır. Lakin futbolçu "Milan"da qalmağı üstün tutub.
Qeyd edək ki, "Milan"da 100-ə yaxın oyuna çıxan Pato cəmi 14 dəfə rəqib qapılarına yol tapıb.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır
Superliqa klubu 2 futbolçusunu göndərdi
FİFA Azərbaycan futbolunu bütün dünyaya yayımlayacaq