Ronaldo: “İngiltərəyə qayıda bilərəm”
“Barselona” ilə Superkubok oyununa Çində hazırlaşan “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo verdiyi açıqlamalarla yenə diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi gələcək karyerası ilə bağlı suala cavab verərkən, yenidən “Dumanlı Albion”da çıxış edə biləcəyini istisna etməyib:
“Sabah hansı hadisənin baş verəcəyini deyə bilməzsən. Ona görə də İngiltərə variantı yenidən gündəmə gələ bilər. Nə vaxtsa Premyer Liqaya qayıda bilərəm”.
Qeyd edək ki, Ronaldo “Real”-a 2009-cu ilin yayında “Mançester Yunayted”dən transfer olunub.