Cerrard İngiltərə millisini çətin vəziyyətə saldı

Cerrard İngiltərə millisini çətin vəziyyətə saldı
XƏBƏR 3 Avqust 2011 / 02:13 1899
-  A +

"Liverpul" klubunun kapitanı Stiven Cerrardın zədələnməsi İngiltərə milli komandasını da çətin vəziyyətə salıb.

Qol.Az-ın məlumatına görə, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabr ayında iki vacib görüşə çıxacaq İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello Cerrardın xidmətidən yararlana bilməyəcək.

Təbii ki, bu da Kapellonu narahat etməyə bilməz. G qrupunda mübarizə aparan İngiltərə millisi hazırda 11 xalla Çernoqoriya ilə ikinci pilləni bölüşür.
 
Sentyabrın 2-də səfərdə Bolqarıstan, 6-da isə Uelslə qarşılaşacaq İngiltərəni oktyabrın 10-da evdə Çernoqoriya ilə çətin görüş gözləyir. O vaxta kimi isə Cerrardın sağalması vacibdir.

Qeyd edək ki, qasıq nahiyyəsindən zədə alan Cerrardın ən azı sentyabr ayına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner