Mirça Rednik "Xəzər Lənkəran" azarkeşlərinin köməyinə gəldi

Mirça Rednik "Xəzər Lənkəran" azarkeşlərinin köməyinə gəldi
XƏBƏR 3 Avqust 2011 / 01:39 2244
-  A +

"Xəzər Lənkəran" klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.
 
Qol.Az-ın "12cioyunçu" fan klubunun saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın açılış turunda "Sumqayıt Şəhər"lə qarşılaşacaq Lənkəran klubu ötən gün "Fırtınalar meydanı"nın yardımçı meydançasında axşam məşqinə çıxıb.
 
Bir gün öncə olduğu kimi azarkeşlər yenə məşqə buraxılmayıb. Mühafizəçilərin qapıları bağlamasından qəzəblənən azarkeşlər bir neçə dəfə "Rednik, Rednik" qışqıraraq rumın mütəxəssisi köməyə çağırıb.

Bundan sonra Rednik tərcüməçisi ilə birgə meydançanın kənarına gələrək mühafizçəilərdən qapıların açılmasını tələb edib. Baş məşqçinin istəyi ilə qapılar açılıb və azarkeşlər məşqə buraxılıb.
 
Məşqdə Kamal Bayramov, Orxan Sadıxlı, Alim Qurbanov, Şəhriyar Xəlilov, Julius Vobay, Adrian Pit, Andrey Mureşan, Rikardo Qomeş, Eder Bonfim, Joao Pinto, Katalin Doman, Elvin Beqiri, Emeka Opara və daha üç gənc futbolçu iştirak edib. Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Allahverdiyev və Elnur Abdullayev milli komandanın toplanışında olduğundan məşqə qatılmayıb.

Son xəbərlər