İngiltərənin "Stok Siti" klubu "Arsenal"ın danimarkalı hücumçusu Niklas Bendtneri transfer etməkdə olduqca israrlıdır.
Qol.Az-ın məlumatına görə, "Stok Siti" rəhbərliyi artıq bununla bağlı "Arsenal"a rəsmi təklif də göndərib.
"Stok Siti"nin 23 yaşlı futbolçu üçün 10 milyon avro ödəməyə hazır olduğu bildirilir. Komandanın baş məşqçisi Toni Pulisin də Bendtnerin transferi üçün rəhbərliyi tələsdirdiyi iddia edilir.
Bəzi alman klublarının da transfer hədəfində olan Bendtner "Arsenal"ın əsas heyətinə düşə bilmədiyindən komandanı tərk etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, 2005-ci ildən "Arsenal"ın şərəfini qoruyan Bendtner keçiridiyi 98 oyunda 22 dəfə fərqlənib.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır