"Mançester Siti" klubu "Arsenal"ın fransız yarımmüdafiəçisi Samir Nəsrinin transferi bağlı danışıqları davam etdirir.
Qol.Az-ın məlumatına görə, Mançester təmsilçisi bu dəfə Nəsri üçün 22 milyon funt-sterlinq təklif edib. Bu transferin 48 saat ərzində gerçəkləşməsi gözlənilir.
24 yaşlı futbolçu ilə "Mançester Yunayted" və "İnter" klubları da yaxından maraqlanır. Lakin hələ ki, sərfəli təklif "Mançester Siti" klubundan gəlib.
"Arsenal"ın baş məşqçisi Arsen Venger Nəsrini buraxmaq istəməsə də, futbolçu komandanı tərk etmək istədiyini bildirib.
Qeyd edək ki, 2008-ci ildən "Arsenal"ın şərəfini qoruyan Nəsri keçirdiyi 85 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır