Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” klubu daha bir transferini reallaşdırıb.
Qol.Az-ın məlumatına görə, Serbiya yığmasının yarımmüdafiəçisi Veseliko Truvunoviç klubla 1 illik müqavilə bağlayıb.
31 yaşlı futbolçu karyerasını yerli “Loznitsa” klubunda başlayıb. Daha sonra Serbiyanın “Yedinstvo”, “Radniçki”, “Mladost” və “Voyvodina” klublarında top qovub.
Truvunoviçin son klubu isə OFK (Belqrad) olub. O, sözügedən komandada son iki mövsümdə top qovub. Millinin heyətində 5 matça çıxan Veseliko ilk dəfə 17 noyabr 2010-cu ildə Bolqarıstan yığmasına qarşı forma geyib.
Truvunoviç avqustun 10-da Rusiya millisinə qarşı baş tutacaq yoldaşlıq oyununa da dəvət alıb.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır