Sneyder “Mançester Yunayted”in bir addımlığında

Sneyder “Mançester Yunayted”in bir addımlığında
XƏBƏR 2 Avqust 2011 / 18:53 1770
-  A +

“İnter”in hallandiyalı yarımmüdafiəçisi Uesli Sneyder karyerasını Premyer Liqada davam etdirə bilər. Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı məlumata görə, ulduz futbolçu “Mançester Yunayted”ə keçməyə çox yaxındır.

İngilis klubu artıq italyanlarla bütün məsələlərdə razılıq əldə edib. Milan təmsilçisi “qırmızı şeytanlar”ın 30 milyon avroluq təklifini qəbul edib. İndi sadəcə Sneyderi razı salmaq lazımdır.

Qeyd edək ki, yarımmüdafiəçi yüksək əməkhaqqı tələb etdiyi üçün onun transferi yubanır.

Son xəbərlər