Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" öz meydanında Belçikanın "Brügge" klubunu qəbul edəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq hər iki klubun keçirəcəyi mətbuat konfransının vaxtı da açıqlanıb.
Ağdam təsmilçisi sabah 19:30-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. "Qarabağ"ın baş məşqisi Qurban Qurbanov isə 19:15-də mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandıracaq.
"Brügge"nin baş məşqçisi Adri Kosterin iştirak edəcəyi mətbuat konfransı isə 20:30-a nəzərdə tutulub. Saat 21:00-da isə belçikalılar mərkəzi arenada sonuncu məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media üçün nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" - "Brügge" oyunu avqustun 4-ü 21:00-da baş tutacaq.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır