Hollandiya millisinin qapıçısı rəsmən “Roma”da

Hollandiya millisinin qapıçısı rəsmən “Roma”da
XƏBƏR 2 Avqust 2011 / 16:35 1635
-  A +

Yeni mövsümə iddialı başlamaq istəyən “Roma” növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, “canavarlar” Hollandiya millisi və “Ayaks”ın qapıçısı Marten Stekelenburqu heyətinə qatıb. 28 yaşlı qapıçının keçidi “Roma”ya 6,3 milyon avroya başa gəlib.

Romada tibbi müayinədən keçən təcrübəli qolkiper paytaxt klubu ilə 4 illik müqaviləyə imza atıb. Müqavilədə belə bir bənd qoyulub ki, əgər italyan klubu Çempionlar Liqasına vəsiqə qazanar və ya Stekelenburqu başqa komandaya satarsa, “Ayaks”a əlavə məbləğ ödəməlidir.
 

Son xəbərlər