“Portu”nun prezidenti: “Halkı Ronaldoya belə dəyişmərəm”

“Portu”nun prezidenti: “Halkı Ronaldoya belə dəyişmərəm”
XƏBƏR 2 Avqust 2011 / 15:51 1609
-  A +

Portuqaliyanın “Portu” klubunun prezidenti Pintu da Kosta ölkə mətbuatına maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, da Kosta komandanın aparıcı oyunçularından Halkı heç bir futbolçuya dəyişməyəcəklərini bildirib. O, Halkı hətta Kriştianu Ronaldodan da üstün tutub:

“Fikirlərim bir az mübaliğəli səslənə bilər. Amma Halkı Ronaldoya belə dəyişmərəm. Əgər futbolçuların qiymətləri müzakirə mövzusu olarsa, Halk 100 milyon avrodan ucuz olmaz”.

Qeyd edək ki, ötən mövsüm “Portu”nun heyətində sərgilədiyi oyun Halkı Avropa nəhənglərinin maraq dairəsinə salıb.

Son xəbərlər