Son günlər yaxşı formada olan "Valensiya"nın ulduz futbolçusu Xuan Mata "Arsenal"ın təklifini rədd edib.
Qol.Az-ın məlumatına görə, bu barədə futbolçunun atası Mata Rodrigez açıqalama verib.
Matanın menecerliyini edən atası "Arsenal"ın oğlu ilə maraqlandığını, ancaq "Valensiya" rəhbərliyinin London klubunun təklifini rədd etdiyini bildirib:
"Oğlum hələ də "Valensiya"nın oyunçusudur. "Arsenal"ın təklifi haqda öncə tərəddüd etdilər, daha sonra isə rədd cavabını verməklə "Arsenal"lı əliboş yola saldılar.
Bununla belə, ümid edirəm ki, bu "Arsenal"ın son təklifi olmayacaq. Əgər "topçular" böyük məbləğlə müraciət etsələr, bəlkə nə isə alınar".
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır