“River Pleyt”in arzusu ürəyində qaldı

“River Pleyt”in arzusu ürəyində qaldı
XƏBƏR 2 Avqust 2011 / 14:06 1817
-  A +

Argentina futbolunda nəzərdə tutlan islahatlar olmayacaq. Qol.Az-ın məlumatına görə, ölkənin futbol federasiyası çempionatda çıxış edən komandaların sayını 38-ə çıxarmaq barədə qərarı təxirə salıb.

Qeyd edək ki, İcraiyyə Komitəsi bir müddət əvvəl yüksək dəstədə çıxış edən 20 komanda ilə aşğı dəstədə mübarizə aparan 18 klubun birləşdirilməsi təklifini irəli sürmüşdü. Ancaq Federasiyanın dünənki iclasından sonra təklif qəbul olunmayıb.

Xatırladaq ki, çempionat 38 komandanın iştirakı ilə iki qrup şəklində keçirilə bilərdi. Yeni format mövsümün sonunda elita ilə vidalaşan “River Pleyt” klubunu da yaxından maraqlandırırdı. Çünki ancaq belə olan hald bu komanda yenidən yüksək dəstəyə qayıda bilərdi.

Son xəbərlər