"Brügge"nin rəsmisi: "Qarabağ"ın heç bir şansı yoxdur"

XƏBƏR 2 Avqust 2011 / 13:39 1756
-  A +

Avroliqanın üçüncü mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq "Brügge" bu gün Bakıya gəlir.

Qol.Az-ın məlumatına görə, qarşılaşma ərəfəsində Belçika klubunun idman direktoru Henk Mariman bildirib ki, ilk matçda 4:1 hesablı qələbə böyük üstünlükdür: "İlk qarşılaşmada böyükhesablı qələbə sayəsində mərhələ keçməyi təmin etmişik. Fikrimcə, "Qarabağ"ın heç bir şansı qalmayıb".

Qeyd edək ki, "Qarabağ" - "Brügge" cavab oyunu avqustun 4-də saat 21:00-da başlanacaq.


Son xəbərlər