Mövsümün ilk “El-Klassiko”su kimə nə qədər qazandıracaq?

Mövsümün ilk “El-Klassiko”su kimə nə qədər qazandıracaq?
XƏBƏR 2 Avqust 2011 / 13:20 1898
-  A +

Avqustun 14-də İspaniya Superkuboku uğrunda “Real” və “Barselona” arasında baş tutacaq ilk oyunda “kral klubu”nun bilet satışlarından əldə edəcəyi gəlir müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, “El-Klassiko” “qalaktikos”a 6,8 milyon avro qazandıracaq. Qeyd edək ki, biletlərin qiyməti 35-130 avro arasında dəyişir.

Superkubokun cavab görüşündə isə tərəflər möhtəşəm “Nou-Kamp” stadionunda münasibətlərini ayırd edəcəklər. Arenanın 100 min azarkeş tutumlu olduğunu, biletlərin qiymətinin isə 60 və 167 avro arasında dəyişdiyini nəzərə alsaq, onda “Barselona”nın bilet satışından təxminən 11,3 milyon avro qazanacağını söyləmək olar.

Xatırladaq ki, oyuna bir neçə gün qalmasına baxmayaraq, artıq biletlər tükənib.

Son xəbərlər