Milli komandanın sabiq futbolçusu məşq vaxtı huşunu itirdi

Milli komandanın sabiq futbolçusu məşq vaxtı huşunu itirdi
XƏBƏR 2 Avqust 2011 / 13:02 1634
-  A +

Yaponiya milli komandasının sabiq futbolçusu Naoki Matsuda hazırkı klubu “Matsumoto Yamaqa”nın məşqində huşunu itirib.

Qol.Az-ın məlumatına görə, 34 yaşlı müdafiəçinin ürəyində problem olduğu bildirilir.

Oyunçu dərhal xəstəxanaya göndərilib. Matsudanın sağlıq durumu barədə hələlik heç nə məlum deyil.

Qeyd edək ki, Naoki Matsuda Yaponiya millisində 40 görüş keçirib. O, 2002-ci il dünya çempionatında da oynayıb.


Son xəbərlər