Koster “Qarabağ”a qol vuran futbolçuya əvəzləyici tapdı

Koster “Qarabağ”a qol vuran futbolçuya əvəzləyici tapdı
XƏBƏR 2 Avqust 2011 / 12:25 1360
-  A +

Avroliqanın üçüncü təsnifat mərhələsində Bakıda “Qarabağ”la qarşılaşacaq “Brügge”nin baş məşqçisi Adri Koster zədəli Nabil Dirarın yerinə əvəzləyici tapıb.

Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, ilk matçda “Qarabağ”ın qapısına yol tapan mərakeşli yarımmüdfiəçini cavab görüşündə Tibaut Van Akerin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, bu futbolçunun 19 yaşı var və bu yaxınlarda “Brügge”ilə müqaviləsini 2014-cü ilə qədər uzadıb.

Son xəbərlər