İqor Mitreski: “Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək”

İqor Mitreski: “Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək”
XƏBƏR 2 Avqust 2011 / 11:08 1478
-  A +

"Zədəm sağalmaq üzrədir. Fikrimcə, bir neçə gündən sonra komanda ilə məşqlərə qoşula biləcəm. Hazırda yalnız fərdi məşqlərlə kifayətlənirəm”.

Qol.Az-ın məlumatına görə bu sözləri “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski klubun rəsmi saytına açıqlamasında deyib.

Avqustun 10-da Azərbaycan və Makedoniya milli komandaları arasında baş tutacaq oyun barədə fikirlərini bildirən təcrübəli futbolçu matçın çətin keçəcəyini düşünür:

“Makedoniya milli komandasına dəvət olunsam da, təəssüf ki, zədə üzündən meydana çıxa bilməyəcəm. Məncə, Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək. Bununla belə, azarkeşlərin maraqlı oyunun şahidi olacaqlarına inanıram".

 


Son xəbərlər