“Yeni mövsümə ciddi hazırlaşmışıq. Sloveniyada keçirdiyimiz yoldaşlıq görüşlərində qələbə qazana bilməsək də, bu önəmli deyil. Əsas məqsəd fiziki və taktiki hazırlığımızın səviyyəsinin yüksəlməsidir”.
Qol.Az-ın “Bakı”nın rəsmi saytına istinadən yaydığı məlumata görə, bu sözləri komandanın syerra leoneli yarımmüdafiəçisi İbrahim Karqbo deyib.
Ötən ilki uğursuzluqdan danışan Karqbo cari çempionatda uğurlu çıxış edəcəklərinə inandığını söyləyib:
“Hər bir oyuna qələbə qazanmaq üçün çıxmaq lazımdır. Bununla belə yoldaşlıq görüşləri komandanın zəif cəhətlərini təyin etmək baxımından önəmlidir. Xatırlıyırsınızsa, keçən il təlim-məşq toplanışı zamanı keçirdiyimiz yoldaşlıq görüşlərində qələbələr qazanmağımıza baxmayaraq, bütövlükdə uğursuz bir mövsüm keçirdik. İnanıram ki, bu il tam tərsi olacaq və yoldaşlıq görüşlərində məğlub olsaq da, çempionatda uğurlu çıxış edəcəyik”.
“Bakı”nın cari çempionatdakı hədəflərindən söz açan təcrübəli futbolçu “Qəbələ” ilə pyun barədə də fikirlərini bildirib: “Bu mövsüm komandamızın və şəxsən mənim əsas məqsədim birinci olmaqdır. Bir neçə gündən sonra çempionatın startı verilir. İlk turda qarşılaşacağımız “Qəbələ” yaxşı komandadır. Hər iki komanda yeni qurulub, rəqibin oyunu görməmişəm. Bu səbəbdən oyunun necə keçəcəyini deməkdə çətinlik çəkirəm. “Qəbələ”nin Toni Adams kimi baş məşqçisi var. Bu il onlar da uğurlara imza atmaq istəyirlər".
Sonda isə azarkeşlərə müraciət edən Karqbo onları komandaya dəstək olmağa çağırıb:
“Sonda üzümü azarkeşlərimizə tutub, demək istərdim ki, uğursuzluqları unudub, irəli baxsınlar. Hər oyun komanda ilə birlikdə olub, qələbələrimizə şahid olsunlar. Mən inanıram ki, onları sevindirməyi bacaracağıq”.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı