"Qarabağ"a qol vuran oyunçu Bakıya gəlmir

"Qarabağ"a qol vuran oyunçu Bakıya gəlmir
XƏBƏR 2 Avqust 2011 / 01:10 1772
-  A +

“Brügge” klubunun yarımmüdafiəçisi Nabil Dirar Avroliqanın üçüncü təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununda iştirak edə bilməyəcək. Qol.Az-ın məlumatına görə, yarımmüdafiəçi Belçika çempionatının son turunda “Vesterlo”ya qarşı matçda zədələnib.

Qeyd edək ki, Dirar "Brügge"nin 4-1 hesabı ilə qalib gəldiyi ilk matçda komandamızın qapısına dördüncü qolu vurmuşdu.

Son xəbərlər