“Xəzər Lənkəran”dan kənarlaşdırılan legionerlər müəyyənləşdi

XƏBƏR 1 Avqust 2011 / 17:08 3420
-  A +

“Xəzər Lənkəran” klubu İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə keçirdiyi futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin oyunları öncəsi heyətinə cəlb etdiyi 6 legionerdən 4-ü ilə vidalaşıb.

Bu haqda Lent.az-a klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib. Hacıyevin sözlərinə görə, həmin futbolçular Rikardo Vilana Qomeş, Marius Onofraş, Çaba Borbeli və Veldin Muharemoviçdir. Oliveyra Eder Bonfim və Joao Pinto Ribeyro Pauloya gəldikdə, onların hər ikisinin heyətdə qalacağı və ya aralarında seçim ediləcəyi gözlənilir. Klub rəsmisi eyni zamanda Konstantin Arbanasın da heyətdən kənarlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” hazırda Bakıdan Lənkərana qayıdır. Onlar saat 19:30-da Lənkəran şəhər mərkəzi stadionunda məşqə çıxacaqlar.


Son xəbərlər