“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Day.Az Radionun qonağı olub.
Qol.Az-ın məlumatına görə, baş məşqçi verilişdə bir sıra maraqlı nüanslara toxunub.
“Brügge” ilə Avroliqanın üçüncü təsnifat mərhələsindəki ilk oyundan danışan Qurban Qurbanov rəqibin çox güclü təsir bağışladığını deyib: “Biz oyuna tamamilə başqa cür hazırlaşmışdıq. Lakin son anda Rəşad Sadiqovun komandadan ayrılması və matçın ilk dəqiqələrində Vüqar Nadirovun zədələnərək meydanı tərk etməsi bütün planlarımızı pozdu. Oyunun gedişatında 0:2 məğlub olmağımıza baxmayaraq, hesab arasındakı fərqi azalda bildik. Bununla belə, böyükhesablı məğlubiyyətdən qaça bilmədik. Çox istərdim ki, oyun ölkə televiziyalarında yayımlansın. Həqiqətən oyunçularım həmin matçda canlarını qoydular”.
Q.Qurbanov avqustun 4-də keçiriləcək cavab matçına da toxunub: “Oyunun taleyi demək olar ki, həll olunub. Lakin yenə də sonadək mübarizə aparıb azarkeşlərimizi sevindirəcəyik. Bakıda ən azından qələbə qazanmaq istəyirik”.
“Brügge” dünən Belçika çempionatının ilk oyununda güclü “Vesterlo” klubunu 5:0 hesabı ilə məğlub edib. Komanda bizimlə oyuna yüksək əhval-ruhiyyədə və hazırlıqlı gəlir. Bakıdakı isti havanın onlara təsir edəcəyinə bir qədər inanmıram. İsti hava elə bizim özümüz üçün də maneədir. Bu cür hava altında normal məşq keçə bilmirik» - deyən Qurban Qurbanov cavab görüşündə komandanın kapitanı Rəşad Sadiqovun da iştirak edəcəyini bildirib:
“Bakıya gələn kimi Rəşadla görüşdük. Biz başa düşürük ki, Rəşadın qardaşını itirməklə ağır gün keçirir. Mən onunla söhbət etdim. Dünəndən etibarən Sadiqov komandanın məşqlərinə qatılır. Hesab edirəm ki, Rəşad nə qədər tez məşqlərə qatılsa, bir o qədər onun özü üçün yaxşı olacaq».
Qurban Qurbanov “Qarabağ”ın oyunçularının milli komandada güclü oyun nümayiş etdirə bilməməsinə də toxunub: “Bəziləri bunun günahını da mənim üzərimə atırlar. Ümumiyyətlə, son zamanlar tez-tez ittiham olunmağa başlamışam. Deyirlər ki, “Qarabağ”ın oyunçularının millidə zəif oynamasının səbəbkarı mənəm. Hətta guya, mən oyunçularıma qəsdən zəif oynamaqları barədə tapşırıqlar verirəm. Halbuki, mən oyunçularıma deyirəm ki, siz “Qarabağ”da zəif oynaya bilərsiniz. Amma milli komandada zəif çıxış etmək olmaz”.
Qurbanov milli komandanın baş məşqçisi Berti Foqtsun fəaliyyətinə qiymət verməyin düzgün olmadığını söyləyib: “Biz onunla həmkarıq. Mənim onun işinə qiymət verməyim, fikir bildirməyim düzgün çıxmaz. Mənim buna ixtiyarım yoxdur”.
Baş məşqçi komandasının çox yorğun olduğunu dilə gətirib: “Çox istərdim ki, bütün komanda üzvləri ilə birlikdə 1 ay müddətində istirahət edək. Çünki 3 ilə yaxındır istirahət nədir bilmirik. Həm millinin oyunları, həm də öz oyunlarımız nəticəsində komandada yorğunluq yaranıb”.
Baş məşqçi komandanın gənc oyunçusu Qara Qarayev haqqında da danışıb: “Mən əvvəlcədən “Brügge” ilə oyunda Qaranı meydana buraxmağı planlaşdırırdım. Yəni Rəşad Sadiqov oynasaydı belə, Qara ilk dəqiqələrdən meydana çıxacaqdı. Bəziləri bizi səviyyəli legioner transfer etməməkdə günahlandırırlar. Amma düşünmürlər ki, legioner olsa, gərək öz uşaqlarımızdan kimlərsə oynamaya. Mən isə bunu istəmirəm. Qazanacağımız uğurları öz yerli uşaqlarımız hesabına əldə etmək istəyirik”.
Qurban Qurbanov gələcəkdə milli komandamızı çalışdırmaq barəsində aparacının sualına isə cavab vermək istəməyib.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı