“Qəbələ” futbol klubunun ingiltərəli icraçı direktoru Alastair Saverimuttonun müsahibəsi
- Artıq 2 ilə yaxındır ki, “Qəbələ”də çalışırsınız. Bu müddətdə hansı dəyişikliklərə nail olmusunuz?
- Öncə Qəbələdə eyniadlı kluba məxsus bazanı qurduq. Sonra yeni oyunçular gətirdik. Futbolçuların hamısı yaxşı vəziyyətdədir, normal çıxış edirlər. Qarşıdakı mövsüm öncəsi isə İngiltərədə təlim-məşq toplantısı çərçivəsində oyunlar da keçirdik. Hər şey yaxşı, normaldır.
- “Qəbələ”nin ən böyük infrastruktur layihəsi olan iritutumlu stadion tikintisini nəzərdə tutulduğu vaxtda qurtarmaq mümkün olacaq?
- Bazamızda dünya standartlarına uyğun yeni meydançalar salınıb. Əsas stadionun tikintisi isə, məndə olan məlumata görə, 2012-ci ilin avqust-sentyabrında istifadəyə verilməlidir. Tikinti işləri bir müddət gecikdi. Əmin deyiləm ki, gələn ilin sentyabrınadək stadion hazır olsun. Çox güman ki, bu, bir ay gec baş tutacaq.
- Bazanızın daxilində 4 təbii, 4 süni örtüklü meydança var. Halbuki ölkəmizin digər bölgələrində təbii örtüklü meydançaları saxlamaq problemə çevrilib. Bu qədər meydançaya qulluq çətin deyil?
- Futbol oynamaq üçün yaxşı xidmət lazımdır. Təbii ot örtüyü olan meydança belə xidmətdən biri sayılır. Meydançaların hazırlanması üçün İngiltərədən bacarıqlı mütəxəssis cəlb etmişik. Onun yanında azərbaycanlılar təbii ot örtüyü döşənməsini və ota qulluğu öyrənirlər. Gələcəkdə onların özləri meydança salınması ilə məşğul olacaqlar. Təbii ota qulluq isə belə baş verir: otun toxumu iki gün ərzində səpilir, sonra ona nəzarət olunur. Bu zaman hava şəraitini də nəzərə almaq lazım gəlir. Ola bilsin, Azərbaycanda süni örtüklü meydançaların çoxluğu hava şəraiti ilə əlaqədardır.
- “Qəbələ”nin qarşıdakı mövsümdə hədəfi böyükdür. Lakin Beynəlxalq “Jalə” turnirində komandanız Gürcüstan çempionatının yüksək liqasına yenicə vəsiqə qazanan “Dila”ya və ortabab “Spartak” (Tsxinvali) komandasına uduzdu. Halbuki heyətə daha səviyyəli futbolçular cəlb olunub. Bu oyunlar “Qəbələ”nin çempionat və kubokda da problemlərlə üzləşəcəyindən xəbər vermir?
- Qarşıdakı mövsümdə hədəfimiz böyükdür. Qarşımıza qoyulan məqsəd ilk “3-lüy”ə düşərək, Avropa Liqasına vəsiqə qazanmaqdan ibarətdir. Buna nail olmaq üçün çox çalışmalıyıq. Baş məşqçimiz Toni Adams bu tapşırığı yerinə yetirəcəyini öhdəsinə götürüb. Digər tərəfdən, qeyd etməliyəm ki, qarşıdakı mövsüm çox ağır keçəcək. Çünki digər klublar da bizim kimi inkişafdadır. Amma inanırıq ki, vəzifəmizin öhdəsindən gələcəyik.
- Yeni mövsümə 7 yeni futbolçu transferi ilə başlayırsınız. Gələcəkdə də heyətinizi gücləndirəcəksiniz?
- Transfer çalışmaları daimi prosesdir. Çünki mövsüm ərzində zədə və ya hər hansı futbolçunun ümidləri doğrultmaması üzündən yeni oyunçuya zərurət yarana bilər. Yeni mövsüm öncəsi 7 futbolçu ilə müqavilə bağlamışıq. Ehtiyac olarsa, “transfer pəncərəsi”nin bağlanacağı avqustun 31-dək də yeni oyunçu ala bilərik.
- 30-31 iyulda Qəbələdə I Beynəlxalq “Jalə” Kuboku keçirdiniz. Gələcəkdə ənənəvi hal alacaq turniri daha yüksək səviyyədə keçirmək niyyətiniz var? Əgər varsa, daha hansı komandaları cəlb etməyiniz mümkündür?
- 2012-2013-cü il mövsümü öncəsi fikrimiz var ki, futbol akademiyaları arasında turnir təşkil edək. İngiltərə, İtaliya, İspaniya akademiyalarının uşaqları gəlsinlər. Əlbəttə, qalib gəlsək, gözəl olar, uşaqlar sevinərlər. Amma inanmıram ki, ilk turnirdəki kimi böyüklərdən ibarət komandalar arasında yarış bir də olsun. Çünki bu, sadəcə, mövsümöncəsi məşqdir.
- “Qəbələ” region klubudur. Azərbaycanlı və əcnəbi futbolçuların, eləcə də şəxsən Sizin Qəbələdə qalmağınız, yaşamağınız üçün problem yoxdur? Burada həyat darıxdırıcı deyil?
- Hər kəs üçün bura yeni məkandır. Qəbələ çox sakit rayondur. Dincəlmək üçün çox gözəl yerdir. Digər tərəfdən, paytaxt Bakı da bura yaxındır. 2,5 saatlıq yoldur. Lazım gələndə Bakıya gedirik. Şəxsən mən paytaxtda qalıram, orada məskunlaşmışam. Oyundan-oyuna Qəbələyə gəlir, görüşlərə baxır və qayıdıram. Düzdür, hərdən futbolçuların çətinliyi olur. Bu, əsasən, internet bağlantıları ilə əlaqədardır. Amma Qəbələ çox sakit, dincəlməli yerdir.
- İngiltərədə yaşayan “Qəbələ”nin prezidenti Tale Heydərov kluba nə dərəcədə diqqət ayıra bilir?
- Cənab Heydərov məşğul şəxsdir, onun işləri çoxdur. Belə bir insan üçün hər zaman vaxt azlığı olur. Vaxt azlığına baxmayaraq, daim futbola vaxt ayırır. Gördüyünüz kimi, Qəbələdə futbolun təməli qurulub. Təməl yaxşı olsa, nəticəsi də yaxşı olacaq. O, futbola da lazımi qədər vaxt ayırmağa çalışır. Həm də klub prezidentimiz klubumuz üçün uğurla nəticələnə biləcək işlərlə məşğuldur.
- Ümumiyyətlə, İngiltərə ilə müqayisədə Azərbaycanda futbola maraq hansı səviyyədədir?
- İngiltərədə futbol asudə vaxtın səmərəli keçirilməsi üçün böyük səhnədir. Futbol həm də biznesdir. Buna görə də klub prezidentləri vaxtlarının çox hissəsini futbola həsr edirlər. Amma Azərbaycanda futbol elə də mühüm yerlərdən birini tutmur, ona biznes kimi baxılmır. Amma çox güman ki, bu yanaşma yaxın 3 - 5 il ərzində kökündən dəyişəcək və İngiltərə ilə eyni səviyyəyə gəlib çıxacaq.
Mənbə: lent.az
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı
"Şəfa" Amil Yunanovla yollarını ayırdı
PSJ "Çelsi"nin yarımmüdafiəçisinə göz dikdi
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar
Belhanda klubunu dəyişdi
"Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır
"Beşiktaş"dan Kolumbiya klubuna
"Real"ın kapitanı üzr istədi
UEFA nümayəndələri hakimlərimizə seminar keçdi
15 yaşlı Əli "Qarabağ"ın bugünkü məşqində - Video
"Səbail"dən daha bir transfer
Emrah Çelikel mükafata layiq görülüb
Azərbaycanda oynamış futbolçu Almaniya klubuna keçdi
A seriyasında ayın ən yaxşısı odur
"Zəfər" mükafatına layiq görüldülər - Şəkillər
"Qarabağ"da 46 qol vurmuşdum" - Juninyo
Arteta ilə müqavilə uzadılır
Pikedən “Real”ın məğlubiyyətinə istehzalı reaksiya
“Roma” hücumçu transfer etdi
Emreli: "2025-ci ildən dərs çıxardım" - Video
Azərbaycanlı futbolçu ilə müqavilə uzadıldı
"3 gündə 2 titul itirdik"
Kroos: "Barselona" beynəlxalq kubok qazana bilməyəcək"
Qriqorçuk sabiq klubuna qayıtdı
Millimizin Danimarka ilə oyunlarının hakimləri açıqlandı
"Bavariya"da ciddi itki
Layonnel Adams binadan yıxılaraq həyatını itirdi
"Arsenal" London derbisini belə qazandı - Video
İranda üç idman adamı etiraz aksiyalarında öldürülüb
Şok məğlubiyyətin səbəbkarını açıqladı
"Bavariya"nın 3 qollu qələbəsi - Video
Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi
"Real"dan Arbeloa ilə uğursuz start - kuboka erkən vida
"Fənərbaxça" və "Trabzonspor"dan qələbə
Azərbaycan klublarının qış transferləri - Yenilənir
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır